Azerbaijan English

“Azərbaycanda startapdan pul qazanmaq çox çətindir”-Müsahibə

Startup.az olaraq Azərbaycanda fəaliyyət göstərən innovativ layihələr, startaplar barədə mütəmadi məlumat, müsahibələr təqdim edirik.

Bu dəfə isə ölkəmizdə müxtəlif növ tədbirlərin onlayn təşkilatçılığı ilə tanınan tedbirli.com barədə oxuculara məlumat təqdim edəcəyik.

Platorma ilə bağlı layihənin təsisçisi Fərid Məhərrəmli ilə ətraflı söhbət etdik:

Müsahibəni təqdim edirik:

-Layihəniz nə vaxtdan fəaliyyət göstərir? 

-Layihəyə iki proqramçı ortağımız Ramil Hüseynov və Beycan Beycanov ilə  2017-ci ilin yanvar ayının 15-də ideya mərhələsində  başladıq. Sistem və komanda qurulması, ilkin məlumatların yığılması ilə platforma may ayının ortalarında artıq ilkin test mərhələsindən keçərək istifadəyə verildi. Sistemimiz 4 aya yaxındır fəaliyyət göstərir. 

-Tedbirli.com necə işləyir, üstünlükləri nələrdir?

Tedbirli.com onlayn olaraq tədbirlərin təşkili və planlaşdırılmasını təqdim edən platformadır. Burda bütün sistem avtomatlaşdırılmış formada işləyir. Belə ki, insanlar öz ad günü, tədbir və digər öz günləri, rəsmi tədbirləri üçün axtardığı hər bir məqamı bizim saytdan baxaraq sifariş verib, planaya bilər. Bizim bir çox üstünlüklərimiz var. İlkin olaraq,  insanlara bütün xidmət və məkanların qiymətlərini və şəkillərini göstəririk. Bununla da zaman və pul itkisinin qarşısını alırıq. Həmçinin, sifarişçilərə müqayisə aparmaq şansı veririk, yeni məkanlara və xidmətlər kəşf etmək imkanı yaradırıq, ümumi bazar qiymətindən 10-20% daha endirimli sifariş imkanı veririk.

-Yalnız yerli bazarı hədəfləyirsiniz, yoxsa qlobal da plandadır?

-Hazırda tamamilə yerli bazar üçün işləyirik. Bizim Azərbaycanda ciddi bir rəqibimizin olmaması həm bizi daha çox tanıtırır, həm də istifadəçilərmizi artırır. Lakin dünyada çox ciddi rəqiblərmiz var. Ona görə də uzun zaman Azərbaycanda qalıb layihəni inkişaf etdirib ciddi maliyə əldə etdikdən sonra qlobal deyil, region bazarlara müraciət edəcəyik. Yəni, qlobala çıxmaq ciddi maliyyə və yaxşı təcrübə istəyir. Səmimi desək, hazırda bazarda bu sahədə boşluq var və biz də bu bazarda uğurlu olmağa çalışıb, ciddi naliyyətlər əldə etmək istəyirik. Yaxşı təcrübə və maliyyə topladıqdan sonra regional ( Gürcüstan, Ruminya, Macarıstan və.s kimi ölkələr) bazarda möhkəmlənmək, sonda isə qlobal marka olmağı hədəfləyirik. 

-Ümumiyyətlə, qlobalda və yerli bazarda rəqiblərinizdən nə ilə fərqlənirsiniz?

-Yerli bazarda rəqiblərimiz yoxdur deyə işimiz hələki asandır (gülür). Bunun mənfi tərəfi odur ki, bazarda rəqabət mühiti yoxdur və bazarı özümüz yaratmalı oluruq. Düzdür, Azərbaycanda  tədbir qrupları var ki, yalnız özəl bayramlarda tədbir təşkil edir, sonra isə yoxa çıxırlar. Qlobalda  isə çoxlu sayda və fərqli formatlarda rəqiblərmiz var. Amma biz sistemi yerli bazara uyğun formada təşkil etmişik.

-Tedbirli.com bu günə qədər hansı maraqlı event-lərdə iştirak edib və ya özü təşkil edib? 

-Biz elə ilk işimizlə tanına bildik. Belə ki, Azərbaycanda ilk dəfə bütün sosial media məhşurlarını bir araya yığıb “Social Party” etdik. Həqiqətən də tədbir gözləntilərdən də  yaxşı oldu.  Tədbirdə 450 nəfər iştrakçı vardı və  150 min insan bu partidən xəbərdar oldu. Sonra bir çox görüşlər (meetup) təşkil etdik. Bunlardan “Startup Meetup”-ı misal göstəmək olar. Sonra ölkədə “Milli Psixologiya Formu 2017” kimi yaddaqalan ciddi tədbirlər oldu. Bu yaxınlardan dünyanın 172 ölkəsində 1022 şəhərində fəaliyyət göstərən “PechaKucha Baku” lisenziyasını aldıq. Qısacası, bugünə qədər tədbirlərimzidə ümumi 2000-ə yaxın iştrakçımız olub.

-Komandanız neçə nəfərdən ibarətdir? 

-Komandamız iki hissədən ibarətdir: iki developer, bir dizayner və mən. 10 nəfərə yaxın komandamız isə freelancer (sərbəst)  işləyir. Ümumi 15 nəfərə yaxın komandanız var. Öz şəxsi mühasib, korperativ, marketinq, satış sahələri üzrə menecer və freelancer əməkdaşlarımız var.

-Hazırda startapın inkişafı ilə bağlı qarşılaşdığınız problemlər hansılardır? Kimlər sizə dəstək verir?

-Dataların (məlumatların) yığılması çox vaxt alır. Platformanın yeni olması və insanların indiyə qədər heç zaman belə sistemdən istifadə etməməsi bizim üçün müəyyən çətinliklər yaradır. Amma düşünürük ki, bu problemlər də zamanla həll ediləcək. Bugünə qədər yalnız bir qrumdan dəstək almışıq,  o da Barama İnnovasiya və Sahibkarlıq Mərkəzidir. O mərkəzdən başqa heç bir qrum və şəxsdəm dəstək almamışıq. Bizim layihənin 5 gəlir mexanizmi var ki, bunlar üzərindən bu gün pul qazanırıq. Azərbaycanda həqiqətən startapdan pul qazanmaq  çox çətindir. Lakin bu gün az da olsa, bizim gəlirlərmiz var.  Buna görə də,  layihədən hələki razıyıq (gülür).

-Gələcək hədəfləriniz nələrdir?

-Hazırki platforma dediyim kimi, tam deyil. İndiki tedbirli.com biz istədiymizin sadəcə 40% -dir. Zamanla sistemi daha da funksional və optimal etmək istəyirik. Ən azı qonşu ölkə Gürcüstanda belə bir sistem qurub, regionda öz təcrübəmizi sınamaq istəyirik. Lakin ilk hədəf Bakı şəhərində olan ən azı 5 mindən çox xidmət və məkanı yerləşdirib,  ən böyük yerli data mərkəz olmaqdır. Hədəflər çoxdur, buna zaman və əzim lazımdır.

Startup.az

 

GİST-də iştirak edən 15 yaşlı həmyerlimizə dəstək lazımdır

Bu il Qlobal Sahibkarlıq Sammiti noyabrın 28-30 tarixlərində Donald Trump-ın qızı İvanka Trump-ın iştirakı ilə Hindistanda...

16 Nov 2017
Məşhur müğənni öz İT şirkətini qurub

Son vaxtlar dünyada bütün sahələrin startap dünyasına marağı müşahidə edilir.

Belə ki, bir çox tanınmışlar, müxtəlif...

15 Nov 2017