Azerbaijan English

Komandamız ən uğurlu 15 startapdan biri seçilib

Ölkəmizdə Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının əsas tərəfdaşlığı ilə həyata keçirilən dünyanın ən böyük Yaşıl" biznes ideya müsabiqəsi ClimateLaunchpad 2017-nin qalibləri dünya finalında iştirak ediblər.

AMEA-dan Startup.az-a verilən məlumata  görə, 17-18 oktyabrda Kiprin Limasol şəhərində keçirilən finalda ölkəmizi 3 komanda təmsil edib.

ClimateLaunchpad 2017-nin ölkə finalında qalib olan 3 komanda -"Catalyser", "Sh2ower" və "Emwaes" Azərbaycanı dünyanın “cleantech” xəritəsinə çıxarmaq üçün beynəlxalq finalda yarışıblar.

Dünya finalında uğurla iştirak edən komandalarımızdan “Catalyser” layihəsini - “CO2”-ni “Eco Fuels”-a səmərəli çevirmək (karbon dioksidi ekoloji yanacağa) təqdim edib. Ölkə finalında birinciliyi qazanan “Catalyser” dünya finalında 35 ölkədən 105 startap arasında ilk 15-ci sıraya daxil olaraq qaliblər sırasına qoşulub.

 Azərbaycanın ilk dəfə qoşulduğu və dünyada artıq 4-cü dəfədir keçirilən ClimateLaunchpad müsabiqəsininölkəmizdəki  rəsmi tərəfdaşı Social Innovation Lab-dır.

Startup.az

 
7 sətirlik kod yazdı, dünyanın ən gənc milyarderi oldu

2011-ci ildə 27 yaşlı irlandiyalı sahibkar John Collison Stripe adlı  internet ödəniş sistemi qurdu. Bununla da o, dünyanın ən...

21 Nov 2017
3D oyunlarla bağlı təlimlər başladı

“Hackathon Azerbaijan” layihəsi çərçivəsində həyata keçirilən Game Jam müsabiqəsinin qeydiyyat mərhələsi...

21 Nov 2017