Layihə ümumi imtahan sistemidir və onun vasitəsilə istənilən şəxs sistemə suallar daxil etməklə imtahan yarada və ya sistemdəki dərsləri seçərək imtahanda iştirak edə bilər. Bunu mobil telefonda etmək istifadəçilərin sayını daha da artıracaq. Bizim hədəf kütləmiz əsas olaraq universitet imtahanına və ya magistratura imtahanına hazırlaşan tələbələr və onlar üçün imtahan hazırlayan müəllimlərdir. İkinci olaraq fokuslanacağımız müştəri qrupu kurslar və universitetlərdir. Əlavə olaraq dil öyrənmək istəyənlər, sürücülük imtahanına hazırlaşanlar, sertifikat imtahanına hazırlaşanlar, texniki biliklərini artırmaq istəyənlər bizim sistemdən effektiv olaraq istifadə edə bilərlər. Bizim tədbiq bu əlaqəni yaratmaqda mühüm rol oynayacaq.