“Yevlax KOB evi”

Qurumun adı

“Yevlax KOB evi”

İstiqamətlər

Biznes

Təsvir

 “Yevlax KOB evi” 8 aprel 2021-ci ildə fəaliyyətə başlayıb. Bu, biznesin istifadəsinə verilmiş sayca 2-ci KOB evidir.

 “Yevlax KOB evi”ndə dövlət qurumları tərəfindən sahibkarlara vergi, əmlak, kommunal xidmətlərə qoşulma, qida təhlükəsizliyi, kənd təsərrüfatı, reklam, poçt, mənşə sertifikatının, lisenziya və icazələrin alınması üzrə xidmətlər göstərilir. Həmçinin, özəl qurumlar tərəfindən bank, sığorta, tərcümə, layihələndirmə kimi zəruri biznes xidmətləri təqdim edilir. Ümumilikdə “Yevlax KOB evi”ndə sahibkarlara 15 dövlət və özəl qurum tərəfindən 200-dən artıq xidmət göstərilir.

 Sahibkarlara xidmətlərin vahid məkanda təqdim olunması konsepsiyasına uyğun olaraq, “Yevlax KOB evi”ndə KOB İnkişaf Mərkəzi (KOBİM) də fəaliyyət göstərir ki, burada mikro, kiçik və orta sahibkarlıq subyektləri, startaplar və biznes fəaliyyətinə başlamaq istəyənlər üçün təlimlər təşkil olunur, məsləhət və digər xidmətlər göstərilir.

Əlaqə

(+994 55) 253 67 67

Xəritədə ünvan


Proqramda iştirak edən startaplar