Azərbaycan Dövlət İqtisad Universiteti

Qurumun adı

Azərbaycan Dövlət İqtisad Universiteti

İstiqamətlər

Biznes, informasiya texnologiyaları inkubatorlarının yaradılması, elmi-innovativ layihələr

Təsvir

1930-cu ildə əsası qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biridir.

Azərbaycan Dövlət İqtisad Universiteti Regionda iqtisad elmini dərindən öyrədən fundamental tədris mərkəzidir. Tədris prosesi və kadr hazırlığı Amerika və Avropa təhsil sisteminə uyğundur.

İxtisaslar bakalavr, magistr və doktorantura təhsil pillələri üzrə azərbaycan, ingilis, rus və türk dillərində tədris edilir.

Azərbaycan Dövlət İqtisad Universiteti startaplara dəstək göstərən ali təhsil müəssisələrindən biridir. Universitetdə 29 aprel 2014-cü il tarixində İnnovativ Biznes-İnkubator təsis olunub. İnnovativ Biznes-İnkubatorun əsas məqsədlərindən biri Azərbaycanda gənc menecer və sahibkarların inkişaf etdirilməsi və startaplara öz bizneslərini qurmaqda tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyin göstərilməsidir.

UNEC Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi”nin həyata keçirdiyi  “Gələcək üçün bacarıqlar” layihəsinin iştirakçısıdır.

“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilmələri əsas hədəflərdir.

Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.

Mentorların siyahısı:

Mirsalayeva Nərminə Rasim

Manaflı Natəvan Əmir

 

Əlaqə

(+994 12) 4371086

Xəritədə ünvan


Proqramda iştirak edən startaplar