Bakı Biznes Universiteti

Qurumun adı

Bakı Biznes Universiteti

İstiqamətlər

"Biznes və menecment" fakültəsi , "İqtisadiyyat və idarəetmə" fakültəsi üzrə kadr hazırlığı

Təsvir

Bakı Biznes Universitetində tədris prosesi 18 ixtisasda bakalavr və magistr hazırlığı üzrə 2 fakültə və 8 kafedra tərəfindən aparılır. 

Universitetdə iqtisadiyyat, idarəetmə və biznes sahələri üzrə geniş profilli mütəxəssislər hazırlamaq üçün Azərbaycan Respublikasının tanınmış alim və mütəxəssisləri çalışırlar. Hazırda Universitetimizdə 126 nəfər professor-müəllim heyəti tərəfindən kadr hazırlığı həyata keçirilir.

Tədris prosesinin əsas məqsədi hər bir tələbənin fərdi keyfiyyətlərinin üzə çıxması üçün şərait yaratmaqdır. Tədris prosesində aparıcı fənlər təlim vaxtının 80%-ni təşkil edir.

Tədris, ixtisas və elmi-tədqiqat təcrübələri dünya təcrübəsinə istinad edilərək müvafiq baza müəssisələrində və laboratoriyalarda interaktiv metodlardan istifadə etməklə aparılır.

Universitetdə iki mərhələdə – bakalavriat və magistratura səviyyələri üzrə mütəxəssislər hazırlanır. Tələbələr əyani və qiyabi təhsil alırlar. Hazırda Universitetimizdə təhsilin əyani formasında 2310 nəfər, qiyabi forması üzrə 184 tələbə təhsil alır.

Təhsil müəssisəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi”nin həyata keçirdiyi  “Gələcək üçün bacarıqlar” layihəsinin iştirakçısıdır.

“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilmələri əsas hədəflərdir.

Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.

Mentorların siyahısı :

 

Heydərov Cavidan Rəsul

Əliyev Vüsal Oruc oğlu

Ağakişiyeva Nuranə Ağamoğlan qızı

Bağırzadə Əli Güloğlan oğlu

Həsənov Səbuhi Mais oğlu

Paşayeva Dilrüba Adil

Nəbizadə Kamran Rauf oğlu

Şərifli İsmayıl Elman oğlu

Musayev Ceyhun İskəndər oğlu

İsmayılov Elşən Ellaz oğlu

Bağırov Qafar Müşfiq

Məmmədova Nigar Akim qızı

Əlaqə

(+99412) 4317951

Xəritədə ünvan


Proqramda iştirak edən startaplar