Qurumun adı
Azərbaycan Kooperasiya Universiteti
İstiqamətlər
İqtisadiyyat, İdarəetmə, Maliyyə, Mühasibat uçotu və sənayenin təşkili, Marketinq və menecment, Ekspertiza və texnologiya, Sosial iş və Tərcümə
Təsvir
Azərbaycan Kooperasiya Universitetinin əsası 1964-cü ildə qoyulmuşdur. Azərbaycan hökümətinin və Azərittifaqın İdarə Heyətinin müraciətinə əsasən keçmiş SSRİ Mərkəzi İstehlak Cəmiyyətləri İttifaqı (Sentrosoyuz) İdarə Heyətinin 8 yanvar 1964-cü il tarixli qərarı ilə ilk dəfə Moskva Kooperativ İnstitunun (MKİ) Bakı Tədris-Məsləhət Məntəqəsi yaradılaraq Ticarətin iqtisadiyyatı və Əmtəəşünaslıq ixtisasları üzrə tələbə qəbulu aparılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 1992-ci il tarixli 8 saylı qərarı ilə Moskva Kooperativ İnstitunun (MKİ) Bakı filialı Azərittifaqın mülkiyyətinə verilmiş, Azərittifaq İdarə Heyətinin 19 mart 1993-cü il tarixli 31 saylı qərarı ilə həmin filialın bazasında müstəqil Azərbaycan Kooperasiya İnstitutu yaradılmış və Nizamnaməsi təsdiq edilmişdir. İnstitut yaradılarkən onun tərkibində 2 fakültə, 6 kafedra fəaliyyət göstərirdi.
Əlaqə
(012) 561 64 30