Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu

Qurumun adı

Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu

İstiqamətlər

İnnovasiya

Təsvir

7 iyul 2017-ci il tarixində innovasiyalar sahəsində ixtisaslaşmış 10 şirkətin arasında “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun yaradılması ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb.

Qeyd edək ki, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” ilk olaraq Azərbaycanın innovasiyalar sahəsində ixtisaslaşmış 10 şirkəti özündə birləşdirir və bu sahədə fəaliyyət göstərən şirkətlərin İttifaqı hesab olunur. Bu ittifaq Konsorsiuma daxil olan şirkətlərin mənafelərini qoruyacaq və onları beynəlxalq bazarda təmsil edəcək.  

İmzalanmış memorandumun məqsədi ölkəmizdə innovasiyalar sahəsində fəaliyyətin əlaqələndirilməsi, biznes mühitinin əlverişliliyinin, investisiya cəlb edilməsi və sahibkarlıq fəaliyyətinə dəstəyin artırılmasıdır.
“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” ölkəmizin beynəlxalq bazarda rolunun artırılmasında da əlverişli olacaq. Belə ki, Konsorsium beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşması, intellektual, innovativ və rəqabətqabiliyyətli potensialın formalaşdırılması, beynəlxalq ixrac imkanlarının gücləndirilməsi, beynəlxalq aləmdə intellektual brend kimi tanınan “ASAN xidmət” təcrübəsinin və ölkəmizin intellektual məhsullarının beynəlxalq bazara inteqrasiya etməsində böyük rol oynayacaq.

Şirkətlər: “SİNAM”, “ULTRA”, “Best Solution”, “Neuron”, “İdrak”, “Cybernet”, “BESTCOMP GROUP”, “GoldenPay”, “R.I.S.K COMPANY”, “İnnovasiyalar Mərkəzi”.

Əlaqə

------

Xəritədə ünvan


Proqramda iştirak edən startaplar