Azərbaycan startapları Startup Turkey-də-Foto

Tədbirin adı

Azərbaycan startapları Startup Turkey-də-Foto

Məkan

Antalya

Təşkilatçı

Startup Turkey

Tarix

23.02.2017

Əlaqə məlumatları

Video gallery: https://www.facebook.com/joshgun.karimov?fref=ts

Təsvir

Hər il Türkiyədə keçirilən regionun ən böyük startap tədbirlərindən Startup Turkey bu il fevralın 23-25-də Antalyada keçirilib.

Qlobal tədbirdə Azərbaycan startapları da iştirak edib.

Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Kvotter, Spinal, Expander (CustomAR),Omarov`s Game Studio, WeTravel layihələri tədbirə qatılıb.

Tədbir çərçivəsində  startaplar üçün Demo Day təşkil edilib.

Demo Day-də  yerli startaplar Spinal Tech  (Lia), CustomAR (Expander) və Kvotter   investorlar qarşısında öz layihələrinin qısa müddətli təqdimatını edib.

Spinal Tech layihəsi isə 15 layihədən biri seçilərək , Startup Turkey-nin   final mərhələsində təqdimat edərək böyük maraqla qarşılanıb.

 

Şəkillər