Bitcoin Pizza Day Baku

Tədbirin adı

Bitcoin Pizza Day Baku

Məkan

Təşkilatçı

Tarix

01.01.1970

Əlaqə məlumatları

Təsvir

22 May 2010-cu ildə Laslo Hanyecz adlı bir şəxs Bitcointalk forumunda 10 min BTC qarşılığında ona pizza gətirməyi təklif etmişdir. Həmin ana 10k BTC-nin dəyəri 25$ təşkil edirdi. Hal-hazırda bu məbləğ 100 milyon ABŞ dolları deməkdir və həmin pizzalar tarixə ən bahalı pizzalar olaraq düşüblər.

Bu hadisədən sonra kriptoentuziastlar hər il eyni gündə Pizza day təşkil edərək, görüşlər keçirirlər. Məhz bu il ilk dəfə Azərbaycanda Blockchain Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə, Bitcoin Pizza Day Baku keçiriləcək. Tədbirin keçirilməsinə əsas məqsəd blockchain, kriptovalyutalar ilə maraqlanan şəxsləri bir araya toplayaraq, tanışlıq və müzakirələrin aparılmasını təmin etməkdir.

Tədbir tanışlıq və networking məqsədlidir və həm ümumi mövzuların müzakirəsi üçün uyğundur. Tədbirin proqramı tezliklə açıqlanacaq.

Tədbirinin yeri: Dəqiqləşdirilir.
Saat: 18:00-21:00
Tarix: 22 May 2018
Giriş: Bir pizzanın pulu 15 AZN (BTC, ETH, LTC, XRP - də qəbul olunur)

PS: Yerlər limitli olduğundan tədbirə giriş ödənişlidir. Tədbirin proqramı tezliklə açıqlanacaq. Gəlmək istəyənlər mütləq gəlişlərini təsdiqləsinlər ki, gələcək qonaqların sayına uyğun təşkilatçılıq işləri aparılsın.