agroX-in yekun qiymətləndirilməsinə start verilib

agroX-in yekun qiymətləndirilməsinə start verilib

agroX layihəsinin yekun qiymətləndirməsinə start verilib.

Qiymətləndirmə zamanı 12 aqrar startap layihəsi təqdim olunacaq. Hər bir layihəyə 10 dəqiqə vaxt ayrılıb. 

Münsiflər Startap Azərbaycan, İnnoland, Kənd Təsərrüfatı Nazirliyi, ASAN , ADAU və Qərbi Kaspi Universitetinin təmsilçiləridir.

Qeyd edək ki, qaliblər bu gün saat 12-də təşkil olunacaq Yekun Təqdimat mərasimində açıqlanacaq.

agroX Kənd Təsərrüfatı Nazilriyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin dəstəyi ilə Startap Azərbaycan tərəfindən həyata keçirilir. Layihəyə İNNOLAND Akselerasiya Mərkəzi də dəstək verir.

Müsabiqənin Mükafat Fondu 12 000 manat müəyyən olunub.
1-ci yer - 6000 manat
2- ci yer - 4000 manat
3- cü yer - 2000 manat

Paylaş