Azərbaycan ABŞ-da keçirilmiş “Tech Crunch Disrupt” tədbirində təmsil olunub

Azərbaycan ABŞ-da keçirilmiş “Tech Crunch Disrupt” tədbirində təmsil olunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi sentyabrın 19-21-də ABŞ-nin San-Fransisko şəhərində keçirilmiş nüfuzlu texnologiya tədbiri “Tech Crunch Disrupt”da iştirak edib.

Xeberler.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, “Tech Crunch Disrupt” dünyanın ən böyük startap tədbiri hesab olunur. Tədbir ən yaxşı və parlaq startapları, investorları, texnologiya həvəskarlarını bir araya gətirir.

Tədbirdə Agentliyin sədr əvəzi İnarə Vəliyeva, eləcə də digər nümayəndəliyi, yerli startaplar və texnologiya mediaları iştirak edərək geniş heyətlə Azərbaycanı bütün platformalarda təmsil ediblər. Eyni zamanda dünyanın bir çox ölkəsindən gələn tədbir iştirakçıları və qonaqlar “Azərbaycan” pavilyonunu ziyarət edərək ölkənin innovasiya ekosistemi ilə yaxından tanış olublar. "PAŞA Holdinq" MMC-nin sponsor olduğu “Azərbaycan” pavilyonu ən çox ziyarət edilən pavilyonlar sırasında yer alıb.

Tədbirin ilk günü İ.Vəliyeva “Rəqəmsal İpək Yolu: Mərkəzi Avrasiyadan Silikon Vadisinə uzanan yol” panel sessiyasında çıxış edib. Qazaxıstan və Özbəkistandan olan çıxışçıların yer aldığı sessiyada İ.Vəliyeva Agentliyin gördüyü işlərə və Azərbaycanın innovasiya mənzərəsinə diqqəti çəkib.

Paylaş