Azərbaycanda startaplara edilən investisiyalar gizli saxlanılır-Ekspert

Azərbaycanda startaplara edilən investisiyalar gizli saxlanılır-Ekspert

Azərbaycan İnternet Forumunun prezidenti hazırda müharibə davam edən Ukraynada son 3 ayda startaplarına cəlb olunan investisiyalarla bağlı maraqlı paylaşım edib.

Onun araşdırmasına görə, “DressX” layihəsi 15 milyon, “Kolibrio” 2 milyon (Jump Crypto, Delta Blockchain Fund ), “Fuelfinance” 1 milyon, “Deus Robotics” 1.5 milyon, “Harmix Aİ” 0.5 milyon, “Zeely” 120 min dollar yatırım alıb.

Təsisçiləri Ukraynalılar olan startaplar “CAST AI” 20 milyon (CREANDUM və digər fondlar ), “Carmoola” 125 milyon dollar investisiya əldə edib.

Ekspert hesab edir ki, qonşu ölkələrdə yarım ildə startaplara 100 milyonlarla yatırım edildiyi haqqında məlumatlar açıq olduğu bir halda bizdə 5-10 manat investisiyanı qurumlar gizli saxlamağa üstünlük verirlər:

“Xatırladıram ki, bizdə İRİA və “Caucasus Ventures” hələ də bir açıqlama verməyiblər ki, hansı prinsiplərlə işləyəcəklər, investisiyalar hansı meyarlarla veriləcək, kimlərə verilib”.

Paylaş