Azərbaycanda “StartUp School” fəaliyyətə başlayır

Azərbaycanda “StartUp School” fəaliyyətə başlayır

"Enterprise Azerbaijan" portalı və ABŞ-ın Nevada Universitetinin “Özmən Sahibkarlıq Mərkəzi” “StartUp School” layihəsinə start verir.  

Bu barədə Startup.az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.

Startaplara təqdim edilən imkanlar: 

ABŞ, Türkiyə, İsrail və Azərbaycandan olan mentorlar tərəfindən təlim

Kursu bitirən bütün startaplara beynəlxaq səviyyəli sertifikat 

I yerin qalibinə ABŞ-da I2B treninqdə iştirak imkanı 

II və III yerlərin qaliblərinə KOBİA və Dövlət Məşğulluq Agentliyi tərəfindən hədiyyə

II və III yerlərin qaliblərinə “Sabah.lab”-ın akselerasiya proqramında iştirak imkanı  

9 layihəyə  KOBİA-nın “Startap Şəhadətnaməsi”nin verilməsi 

9 layihəyə “Sabah.lab”-ın mentorluq proqramında iştirak imkanı 

“Fintech” nominasiyasında seçilən komandaya “PASHA Bank” da təcrübə kecmək imkanı  

 “StartUp School”-a 17.02.2023-cü il tarixindən yaş məhdudiyyəti olmadan ideyası və startapı olan hər kəs müraciət edə bilər. 

Qeydiyyat üçün www.startupschool.az, https://enterpriseazerbaijan.gov.az/-a  daxil olun.

Paylaş