“Mentorluq” proqramına qəbul başladı

“Mentorluq” proqramına qəbul başladı

"Gələcək üçün Bacarıqlar" layihəsi soxsaylı istəkləri nəzərə alaraq “Mentorluq” proqramına yeni qəbul elan edib.

Startup.az bildirir ki, 3 ay davam edəcək proqram çərçivəsində baza bilikləri və ixtisaslaşma üzrə müxtəlif təlimlər, vörkşoplar, ekspert görüşləri və 3 günlük "bootcamp" tədbiri təşkil ediləcək.

????‍???? Seçilmiş iştirakçılar üçün “Biznes və sahibkarlıq”, “İnnovasiya menecmenti”, “Layihələr və idarəetmə prinsipləri”, “Məhsul inkişafı”, “Startap nədir, necə yaranır?”, “İT arxitektura və mühəndislik”, “Komandanın idarəolunması”, “Startapın maliyyələşdirilməsi və biznesə başlaması”, “Effektiv ünsiyyət bacarıqları və kommunikasiya” və s. təlimləri keçiriləcək.

Əgər sən də innovativ düşüncə tərzinə sahib, yeniliklərə açıq, startap sektorunda məlumatlı, layihə idarəetməsi və mentor-təlimçilik təcrübəsinə sahibsənsə və ən əsası bu sahəyə marağın varsa, elə indi qeydiyyatdan keç!

???? Qeydiyyat linki: https://forms.gle/wa5DSLkV8nySJEk8A
???? Müraciət üçün son tarix: 1 dekabr 2022-ci il

Paylaş