Startap Şəhadətnaməsinin verilməsi ilə bağlı iclas olacaq

Startap Şəhadətnaməsinin verilməsi ilə bağlı iclas olacaq

Startap Şəhadətnaməsinin verilməsi üçün yaradılmış Ekspertlər Şurasının sabah növbəti iclası keçiriləcək.
 
Toplantıda ötən müddət ərzində KOBİA-ya müvafiq sənədləri təqdim edən 15 qurumun müraciətinə baxılacaq. Startap Şəhadətnaməsi alanlar qanunvericiliyə görə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir.
 
Fəaliyyətdə olan istənilən startap dövlət güzəştlərindən istifadə üçün müraciət edə bilər. Şəhadətnamə Ekspertlər Şurasının rəyi əsasında KOBİA tərəfindən verilir.
Daxil olan müraciətlərə ayda bir dəfə baxılır. İndiyədək 105 startapa Şəhadətnamə verilib.

Paylaş