“Startup School”un fəxri qonaqlarını siz də tanıyın – Paris de Letraz

“Startup School”un fəxri qonaqlarını siz də tanıyın – Paris de Letraz

Ereforms.gov.az-a istinadən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Enterprise Azerbaijan portalı və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinin birgə təsis etdiyi “Startup School”un Məzun günü 19 may 2023-cü il tarixində keçiriləcək. Mərasimdə layihə müddətində startapçılara təlim keçən mentorlarla yanaşı, startap ekosisteminin tanınmış simalarından olan fəxri qonaqlar da iştirak edəcəklər. Ekspertlər gənclərlə öz uğur hekayələrini bölüşərək, onları gələcək işlərində daha da ruhlandıracaqlar.

Fəxri qonaqlarımızdan biri də “Venture Lab” şirkətinin direktoru Paris de Letrazdır. O, layihə iştirakçıları ilə “İspaniya və Azərbaycan arasında sahibkarlıq mühitinin müqayisəsi” mövzusunda danışacaq.

Qeyd edək ki, layihənin ilk mərhələsinin qalibləri olmuş 10 komandanın üzvləri üçün “SABAH.Lab”da treninqlər keçirilib. Ümumilikdə, “Startup School”un ilk mərhələsinin qaliblərini 200 layihə arasından ABŞ, Türkiyə, İsrail, İsveç, Polşa və Azərbaycandan olan mentorlar seçiblər. “Startup School”un bütün məzunlarına beynəlxalq səviyyəli iştirakçı sertifikatı, qaliblərə isə əlavə olaraq ABŞ-da I2B treninqlərində iştirak imkanı veriləcək.

Paylaş