Startup.az portalı yenilənib

Startup.az portalı yenilənib

Azərbaycanda startap ekosistemi barədə məlumatları vahid portal üzərindən təqdim edən Startap Azərbaycan (startup.az) platforması yenilənib.

Portalın yeni versiyası Azərbaycan Respublikasının Kiçik və Orta biznesin İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

“Startap Azərbaycan” təşkilatı tərəfindən hazırlanan platformada Azərbaycanın startap ekosistemində  olan startaplar, investorlar, maliyyə fondları, startapa dəstək məqsədi ilə yaradılan inkubasiya və akselerasiya mərkəzləri barədə ətraflı məlumatlar yer alıb. Startup.az bazasında hazırda aktiv olan 80-ə qədər yerli startap haqqında Azərbaycan və ingilis dilində məlumat mövcuddur. Platformaya əlavə edilən kontentlər sektorun inkişafına uyğun olaraq daim yenilənir.

Platforma startapçılara öz layihələrini geniş ictimaiyyətə və investorlara təqdim etməyə, həmçinin komandlarına mütəxəssis cəlb etməyə dəstək olur. Platformanın üstünlüyü ondan ibarətdir ki, bu sahə ilə maraqlanan şəxslər öz profillərinə uyğun olaraq saytda hesab yaradaraq layihələri barədə ətraflı məlumatları rahatlıqla auditoriya ilə bölüşə bilərlər. Platformaya təqdim edilmiş startaplar “Ekspert Şurası”nın rəyi əsasında bazaya daxil edilir.

Startup.az platforması həm yerli, həm də qlobal miqyasda Azərbaycanda startap eksosistemi ilə bağlı görülən işlər barədə məlumatların əlçatımlığını təmin edir.

 

Startap Azərbaycan

Paylaş