Azerbaijan English

Startapçılarımız Gürcüstanda təqdimat edib-Foto

Məlumat verdiyimiz kimi, Gürcüstanın paytaxtı Tbilisi şəhərinin ilk Texnologiyalar Parkında "Georgian-Azerbaijan Startup Forum"u keçirilir. 

Belə ki, tədbirdə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının nümayəndələri və startapçıları iştirak edir.

Forum çərçivəsində Gürcüstan və Azərbaycan respublikaları arasında innovasiyalar, startaplar və informasiya texnologiyaları sahəsində əməkdaşlığın qurulması ilə bağlı məsələlər ətraflı müzakirə olunub.

Bu barədə Xeberler.az-a NRYTN-dən məlumat verilib.

Həmçinin startaplara dəstək, biznes-inkubatorlar və akseleratorlar proqramları ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan və Gürcüstan startapçılarının iki ölkənin bazarına çıxmaları sahəsində qarşılıqlı əməkdaşlığın genişlənməsini müzakirə edib.

Nazirliyin dəstəyilə tədbirdə Azərbaycan startapçıları aşağıdakı layihələri təqdim edib:

- Omarov's Game Studio layihənin nümayəndələri Bakir Omarov və Mia Əliyeva

- Spinal - Arif Mövsümzadə

- BuilDay - Sadıx Hüseynov

- Healthy Living Support Platform- Şahlar Paşayev

- VeloKuryer - Tofiq Hidayətzadə

- MyExcelWorld - Aydın Əliyev

-Trainer for Accountants - Elnur Osmanov

- My Baku Guide - Murad Axundov

- İRS Cizgi - Anar Əkbərli

 

Startup.az

KOBİA-da Ekspertlər Şurasının növbəti iclası keçirilib
Startap şəhadətnaməsinin verilməsi üçün yaradılmış Ekspertlər Şurasının növbəti iclası...
31 Mar 2022
Azərbaycan startapları layihələrini xarici investorlara təqdim edib

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilmiş və dünyanın müxtəlif ölkələrindən yüzlərlə startapın iştirak...

31 Mar 2022