Azerbaijan English

Xaricdən investisiya alan Azərbaycan startapları-Siyahı

 

Son aylarda həmyerlilərimizin təsis etdiyi startaplar uğurlara imza atıb.

Xeberler.az tanınmış startapçılardan Vaqif Abbasovun paylaşımına istinadən bildirir ki, Fatal Fight oyun layihəsi ilə yaxından tanıdığımı Toğrul Səmədovun Buglance startapı xaricdən 160 min dollar maliyyə alıb.

Hazırda ABŞ-da fəaliyyət göstərən, həmyerlimizin təsisçisi olduğu WeTravel startapı isə 2 milyon dollar investisiya əldə edib.

Türkiyədə həmyerlimiz Həsən Cabbarovun təsisçisi olduğu Paym.es startapı isə 180 min dollar qazanıb.

Paym.es dostlarınızla söhbət etdiyiniz formada mesajlaşma proqramları üzərindən təhlükəsiz alış-veriş sistemidir.

Ramil Məhərrəmov, Cəfər Babayev tərəfindən təsis edilən Maliyya startapı da 1.3 milyon investisiya ilə diqqəti çəkir.

Qeyd edək ki, yerli təşəbbüskarlar tərəfindən təsis edilən Maliyya P2P (peer to peer/şəxdən - şəxsə) prinsipinə əsaslanan investorlarla, borcalanları bir araya gətirən və maliyyə xidmətləri sahəsində inqilab etməyi planlaşdıran startapdır.

Vaqif Abbasov, Emin Vəli və Elşad Yusiflinin birgə qurduğu Keepface bu yaxınlarda Dubayda 300 min dollar toxum investisiya aldı.

Startup.az

 
 

KOBİA-da Ekspertlər Şurasının növbəti iclası keçirilib
Startap şəhadətnaməsinin verilməsi üçün yaradılmış Ekspertlər Şurasının növbəti iclası...
31 Mar 2022
Azərbaycan startapları layihələrini xarici investorlara təqdim edib

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilmiş və dünyanın müxtəlif ölkələrindən yüzlərlə startapın iştirak...

31 Mar 2022