Azerbaijan English

Forbes gənc startapçımızdan yazdı

ASAN xidmət-in ideya müvəkkili Reyhan Camalovanın adı Forbes-in Sənaye, istehsalat və enerji sahəsində “30 yaşdan aşağı 30 gənc araşdırmaçı” siyahısına daxil edilib.

Xeberler.az bildirir ki, Reyhan Camalova Azərbaycandan bu siyahıya düşən ilk şəxsdir.

Qeyd edək ki, Reyhan Camalova Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində öz ixtirası ilə diqqəti çəkib. Belə ki, ölkəmizi sammitdə 15 yaşlı həmyerlimiz Reyhan Camalova Rainergy startapı ilə təmsil edib.

Sammitdə çıxış edən İvanka Trump Reyhan Camalovanın startap layihəsini yüksək qiymətləndirib.

2002-ci ildə Qubada anadan olan Reyhan yağış suyundan enerji istehsal edən Rainergy qurğusunu yaradıb. Qurğu dörd əsas hissədən - yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir.

KOBİA-da Ekspertlər Şurasının növbəti iclası keçirilib
Startap şəhadətnaməsinin verilməsi üçün yaradılmış Ekspertlər Şurasının növbəti iclası...
31 Mar 2022
Azərbaycan startapları layihələrini xarici investorlara təqdim edib

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilmiş və dünyanın müxtəlif ölkələrindən yüzlərlə startapın iştirak...

31 Mar 2022