Azerbaijan English

Sabah növbəti Startap Günləri başlayır

Məlumat verdiyimiz kimi, növbəti Startap Günləri sabah Azərbaycan Texniki Universitetində (AzTU) başlayır.

Universitetdən Xeberler.az-a verilən məlumata görə, Startap Günləri ilə bağlı bütün hazırlıqlar başa çatıb.

Startap Azərbaycan Təşkilatından da bildirilib ki, qeyd edilən tədbirlər bağlı görülən işlər yekunlaşıb. Artıq Startap Günlərinin proqramı da yayımlanıb.

Qeyd edək ki, sabah AzTU-da tədbirin açılış mərasimi baş tutacaq.

Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) , İT-nin İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı və digər qurumların nümayəndələri, ekspertlərin iştirakı gözlənilir.

Onu da bildirək ki, Startap Günləri çərçivəsində keçirilən tədbirlərə digər universitetlərin tələbələri də qatıla bilər. Komandaların tərkibində isə yalnız AzTU tələbələri iştirak edə bilər.

Tədbir 2 gün davam edəcək.

Startap Günləri Startap Azərbaycan və AzTU-nun təşkilatçılığı ilə keçiriləcək. Layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, YTP və İT-nin İnkişafı Dövlət Fondu dəstək verir.

 
KOBİA-da Ekspertlər Şurasının növbəti iclası keçirilib
Startap şəhadətnaməsinin verilməsi üçün yaradılmış Ekspertlər Şurasının növbəti iclası...
31 Mar 2022
Azərbaycan startapları layihələrini xarici investorlara təqdim edib

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilmiş və dünyanın müxtəlif ölkələrindən yüzlərlə startapın iştirak...

31 Mar 2022