Azerbaijan English

Startap Günlərinin yekun təqdimat mərasimi keçiriləcək

Cari ildə bir sıra universitetlərdə və təhsil müəssisələrində keçirilən Startap Günlərinin qalib komandalarının Respublika finalı “StartupFest 2019” çərçivəsində baş tutacaq.

Startap Günlərində 1-ci, 2-ci və 3-cü yerləri tutan 21 komanda final turuna qatılacaqlar.

Komandalar ADAU, GDU, ATU, LDU, Qərbi Kaspi, Turizm Peşə Təhsili Mərkəzi və AzTU , AzPU və UNEC təmsil edirlər. Bu komandaların təkmilləşdirilmiş layihələrinin qiymətləndirilməsi aparılacaq və qaliblər müəyyən olunacaq.

Məlumdur ki Noyabrın 21-dən 26-dək Azərbaycanda “StartupFest 2019” adlı beynəlxalq startap festivalı təşkil olunacaq.

Yekun Təqdimat mərasiminin 25 noyabr tarixdə keçirilməsi nəzərdə tutulub

Startap Günləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə Startap Azərbaycan tərəfindən keçirilir.

Layihəyə İNNOLAND, Azərbaycan Beynəlxalq Bankı və SİNAM şirkəti də dəstək verir.

 
KOBİA-da Ekspertlər Şurasının növbəti iclası keçirilib
Startap şəhadətnaməsinin verilməsi üçün yaradılmış Ekspertlər Şurasının növbəti iclası...
31 Mar 2022
Azərbaycan startapları layihələrini xarici investorlara təqdim edib

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilmiş və dünyanın müxtəlif ölkələrindən yüzlərlə startapın iştirak...

31 Mar 2022