Azerbaijan English

Şuşada "Smart Qarabağ" hakatonu keçirilə bilər

Gələcək illərdə “Smart Qarabağ” hakatonu Qarabağın bütün bölgələrində, o cümlədən Şuşada da keçirilə bilər.

Startup.az xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev jurnalistlərə aşıqlamasında deyib.

Qeyd edək ki, bu il “Smart Qarabağ” hakatonu 26-29 may tarixlərində Bakıda ilk dəfə Aerokosmik və Texnologiya Festivalı – “Teknofest” çərçivəsində keçiriləcək.

“Yarışma iki müstəvidə keçiriləcək, fiziki olaraq Bakı şəhərində, virtual olaraq isə dünyanın bütün yerlərindən bu yarışmaya qatılacaq insanlar olacaq. Gələcək illərdə biz düşünürük ki, bu tədbiri Qarabağın bütün bölgələrində, o cümlədən Şuşada da keçirə bilərik”, - deyə nazir qeyd edib.

O həmçinin ölkə başçısının tapşırığı ilə Qarabağda hazırda aparılan tikinti-quruculuq işlərindən söhbət açaraq əlavə edib ki, bu tapşırıqlardan biri də Qarabağı “yaşıl zona”ya və bu ərazinin ən qabaqcıl texnologiyaların tətbiq olduğu məkana çevrilməsindən ibarətdir.

“Texnologiyaların burada sınaqdan keçirilməsi də qoyulan məqsədlər arasındadır. Burada tətbiq ediləcək texnologiyaların əsas məqsədi, ilk növbədə, texnoloji baxımdan davamlı olması, ikincisi, ölkədə innovasiyaların inkişafı baxımından təkan verməsi və üçüncüsü – səmərəlilikdir. “Smart Qarabağ” hakatonunun keçirilməsi də məhz bu üç məqsədə xidmət edir ki, burada gənclərin yeni həlləri, texnoloji ideyaları və təklifləri ilə bir araya gəlib, onların bu prosesdə bilavasitə iştirak etmələrini təmin ediləcək”, - deyə R. Nəbiyev qeyd edib.

KOBİA-da Ekspertlər Şurasının növbəti iclası keçirilib
Startap şəhadətnaməsinin verilməsi üçün yaradılmış Ekspertlər Şurasının növbəti iclası...
31 Mar 2022
Azərbaycan startapları layihələrini xarici investorlara təqdim edib

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilmiş və dünyanın müxtəlif ölkələrindən yüzlərlə startapın iştirak...

31 Mar 2022