Azerbaijan English

Dövlət Agentliyinin nümayəndəsi beynəlxalq sammitdə iştirak edib

22 fevral 2022-ci il tarixində startap ekosisteminin mövcud vəziyyəti, qlobal trendlər və ölkələrdə innovasiya mühitinin inkişafına dair məlumatların və biliklərin mübadiləsi məqsədilə dünya ölkələrinin ən qabaqcıl ekspertləri və liderlərinin rüblük toplantısı olan "StartupBlink Ekosistem" Sammiti keçirilib.

Startup.az xəbər verir ki, onlayn formada təşkil olunan sammitdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi ölkəmizdə innovasiya ekosisteminin qurulması və startaplara dəstək məqsədilə həyata keçirilən yerli və beynəlxalq layihələrə dair məlumat verib.  Həmçinin Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin yaradılması, dövlət-özəl tərəfdaşlığı prinsipləri əsasında işləmə mexanizmi və  əldə olunan nəticələr  iştirakçıların diqqətinə çatdırılıb. 

Sammitdə Azərbaycanla eyni sessiyada Amerika Birləşmiş Ştatları, Serbiya Respublikası, Almaniya Federativ Respublikası, İsveçrə, Şimali Makedoniya və Flippindən olan nümayəndələr iştirak ediblər.

"StartupBlink" yüzdən çox ölkə üzrə startap ekosistemlərinin qiymətləndirilməsini həyata keçirən və bütün ölkələr üzrə sahəvi dövlət orqanlarını, innovasiya mərkəzlərini və tədqiqatçıları birləşdirən ən böyük platformadır.

KOBİA-da Ekspertlər Şurasının növbəti iclası keçirilib
Startap şəhadətnaməsinin verilməsi üçün yaradılmış Ekspertlər Şurasının növbəti iclası...
31 Mar 2022
Azərbaycan startapları layihələrini xarici investorlara təqdim edib

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilmiş və dünyanın müxtəlif ölkələrindən yüzlərlə startapın iştirak...

31 Mar 2022