Azerbaijan English

KOBİA-da Ekspertlər Şurasının növbəti iclası keçirilib

Startap şəhadətnaməsinin verilməsi üçün yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib.
 
Startup.az bildirir ki, iclasda Startap şəhadətnaməsi almaq üçün KOBİA –ya sənəd təqdim edən 3 sahibkarlıq subyektinin müraciətinə baxılıb.
 
İddiaçıların səlahiyyətli nümayəndələri təqdim etdikləri layihələrlə bağlı qısa müddətli təqdimatlar ediblər. Ekspertlər Şurasının qiymətləndirilməsi əsasında müraciət edən qurumlara Startap şəhadətnaməsinin verilməsi tövsiyyə edilib.
 
Şəhadətnamələr Ekspertlər Şurasının rəyi əsasında KOBİA tərəfindən veriləcək.
 
Qeyd edək ki, startap şəhadətnaməsi Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən vergi ödəyicisi olan mikro və ya kiçik sahibkarlıq subyektlərinə verilir.
 
Startap şəhadətnaməsi alanlar qanunvericiliyə görə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir. Startap şəhadətnaməsi almaq üçün startaplar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər.
 
İndiyədək 39 sahibkarlıq subyektinə Startap şəhadətnaməsi verilib
Azərbaycan startapları layihələrini xarici investorlara təqdim edib

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilmiş və dünyanın müxtəlif ölkələrindən yüzlərlə startapın iştirak...

31 Mar 2022
“TEKNOFEST Azərbaycan”ın ilk mərhələsinin nəticələri açıqlanıb

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində texnologiya müsabiqələrinin ilk...

25 Mar 2022