Azerbaijan English

Spinal Startup Village müsabiqəsinin finalında-Foto

Dünən Rusiya Federasiyasının Skolkovo İnnovasiya Mərkəzində keçirilən beynəlxalq Startup Village musabiqəsində yerli startapçılarımız Arif Mövsümzadə, Fidan Rüstəmova və Aleksey Cəfərovdan ibarət Spinal komandasının Li  layihəsi final mərhələsinə çıxıb.

Startup.az-ın məlumatına görə, onlar müsabiqənin “Biotibb texnologiyaları” nominasiyasının finalçıları olub.

Bu nominasiyada həmyerlilərimiz 4 rəqibi ilə mübarizə aparacaq. Ümumilikdə isə, 30 ən yaxşı startap-layihəsi finala vəsiqə qazanıb.

Xatırladaq ki, Rusiya və MDB məkanında innovativ startapların axtarışı üzrə ən böyük tədbir sayılan Açıq İnnovasiyalar üzrə Startap Turu cari ilin 17-18 aprel tarixlərində Bakıda baş tutub. Əsas məqsəd yüksək texnologiyalar sahəsində perspektivli və innovativ layihələrin həyata keçirilməsinə dəstək verməkdir.

Məlumat üçün bildirək ki, Startup Village startap-musabiqəsi Açıq İnnovasiyalar üzrə Startap Turu çərçivəsində keçirilən ənənəvi tədbirdir və Avropada ən böyük startap müsabiqələrindən hesab olunur.

Startup.az

“Coca-Cola İlə Fərq Yarat” inkubasiya və akselerasiya proqramına start

Mart ayının 10-dan etibarən Coca-Cola Azərbaycan və İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə...

11 Mar 2020
StartupFest 2019 çərçivəsində DevOpsDays tədbiri təşkil olunub

22 noyabr 2019-cu il tarixində “StartupFest 2019” çərçivəsində və Azərbaycanda ilk dəfə “DevOpsDays” təşkil olunub.

ADA...

22 Nov 2019