Məlumat verdiyimiz kimi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun növbəti qrant müsabiqəsində 71 startap mübarizə aparır.
Belə ki, bu il kompleks ekspertizaya təqdim olunmuş 150 layihədən 71-i müsbət rəy alıb. Müsbət rəy almış layihələr yekun qərarın verilməsi üçün Fondun Müşahidə Şurasına təqdim edilib.
Müşahidə Şurasının növbəti iclasının isə sentyabrın 15-də keçiriləcəyi nəzərdə tutulub.
Saytımıza qrant müsabiqənin nəticələrinin elan ediləcəyi vaxtla bağlı çox sayda sorğu daxil olur.
Bunları nəzərə alaraq məsələ ilə yenidən maraqlandıq.
Fonddan Xeberler.az-a verilən məlumata görə, qrant müsabiqəsinin qalibləri sentyabrın 20-nə qədər açıqlanacaq.
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilmiş və dünyanın müxtəlif ölkələrindən yüzlərlə startapın iştirak...